"Lion" "Yuventus"un hücumçusu Lois Opendanı icarəyə götürəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Farisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin sözlərinə görə, Fransa klubu futbolçunun icarəsinə görə, Turin təmsilçisinə 3 milyon avro ödəyəcək. Bundan başqa sözləşmədə satınalma bəndi də yer alacaq. 

 

Qeyd edək ki, "Yuventus" icarə müddəti bitdikdən sonra Opendanı ötən yay "RB Leypsiq"dən transfer etmişdi. O, 2025/26 mövsümündə İtaliya klubunun heyətində 34 oyunda 2 qolla yadda qalıb.