"Əl-Hilal"ın hücumçu axtarışı davam edir və "Bavariya"nın oyunçusu Luis Diasla danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri "X" sosial şəbəkə hesabında paylaşım edib.
Səudiyyə Ərəbistanı klubu kolumbiyalıya vergilər də çıxıldıqdan sonra ildə təxminən 25 milyon avro maaş təklif etməyə hazırdır.
Mənbənin özlərinə görə, Səudiyyə Ərəbistanı klubu yay "transfer pəncərəsi" üçün ümumi 350 milyon avro ayırıb. "Əl-Hilal" Diasla ortaq məxrəcə gələcəyi halda onun transferi üçün Almaniya təmsilçisinə 132 milyon avro ödəməyə hazırdır.