"Atletiko" 2025-ci ilin yayında ABŞ-da keçiriləcək yenilənmiş klublararası dünya çempionatına vəsiqə qazanıb. Sport24.az xəbər verir ki, turnirdə 32 klub iştirak edəcək ki, onlardan 12-si Avropanı təmsil edəcək. "Köhnə qitə" klubları son 4 ildə topladıqları reytinq xalına görə seçilib. 

 

"Barselona" və "Atletiko" Avropa klubları üçün qalan iki yerdən biri uğrunda qiyabi mübarizə aparırdılar. Madrid təmsilçisi sıralama xallarına görə kataloniyalıları qabaqlayıb.

 

Turnirə vəsiqə qazanmaq üçün "Barselona" Çempionlar Liqasının pley-off mərhələsində "Atletiko"dan daha irəli getməli idi. Hər iki komanda 1/4 final mərhələsini keçə bilmədiyindən madridlilər Klublararası Dünya Çempionatına vəsiqə qazanıb.

 

Klublararası Dünya Çempionatında iştirak etmək hüququ "Çelsi", "Real", "Mançester Siti", "Bavariya", PSJ, "Inter", "Porto", "Benfika", "Borussiya" və "Yuventus" Klublararası Dünya çempionatında iştirak edəcəklər. 

 

Sonuncu yer isə bu il Çempionlar Liqasının qalibi üçün nəzərdə tutulub. Qalan pley-off iştirakçılarından yalnız "Arsenal" Klublararası Dünya Çempionatında yarışmağı təmin etməyib – "topçular" Çempionlar Liqasını qazana bilsələr, Klublararası Dünya Çempionatına gedəcəklər. Əks halda, reqlamentə əsasən, boş yer Avstriyanın "Zalsburq"una veriləcək.

 

Turnirə vəsiqə qazanan digər konfederasiyalardan "Palmeyras", "Fluminense", "Flamenqo" (hamısı Braziliya), "Leon", "Monterey" (hər ikisi Meksika), "Sietl Saunders" (ABŞ), "Əl-Hilal" (Səudiyyə Ərəbistanı), "Urava Red Daymonds" (Yaponiya), "Əl-Əhli" (Misir), "Vidad Kasablanka" (Mərakeş) və "Oklend Siti" (Yeni Zelandiya) komandalarıdır.