"Azərbaycannın ümummilli lideri Heydər Əliyevin 101 il münasibəti ilə çox saylı tədbirlər keçirilir".

Sport24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov deyib.

O, mayın 1-4 tarixlərində Mingəçevir şəhərində təşkil olunan "Prezident Kuboku 2024" beynəlxalq reqatası barədə danışıb.

Qurum rəsmisi bildirib ki, Mingəçevir şəhərində təşkil olunan bu yarış artıq ənənəvi hal alıb: "20 çox ölkə öz gücün məhz bu yarışda sınayacaq. Bu gün yarışımızın paradı təşkil olunub. Gördüyünüz kimi bir çox insan parada baxmaq üçün şəhərin mərkəzinə üz tutublar. Təbii ki, bu cür yarışlar idmanın kütləviliyinin təmin olmasında, insanların xüsusilə də gənclərin avarçəkmə idman növünə olan marağının artmasına səbəb olur".

O, bildirib ki, artıq Mingəçevir təkcə Azərbaycanda deyil bütün dünyada kanoe və avarçəkmə idman növünün inkişaf etdirilməsi üçün mükəmməl bazasının olduğundan xəbərdardır: "Hər il olduğu kimi bu ildə beynəlxalq reqatamız burada keçirilir. Avarçəkmə və kaneo idman növü çətindir. Bunun tam inkişafı üçün geniş su hövzəsi lazımdır. Təbii ki, hazırda bizim ölkəmizdə də bu cür şərait var. Gələcəkdə də bu idman növünün inkişafı üçün lazımı adımlar atılacaq".

Qeyd edək ki, "Prezident Kuboku 2024" beynəlxalq reqatanın açılış mərasimi və ilk yarış günü Azərbaycanın tarixi torpağı Suqovuşanda baş tutacaq.