"Barselona" Markus Reşfordla vidalaşıb. Sport24.az xəbər verir ki, Kataloniya klubu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

 

"Səninlə keçirdiyi hər dəqiqəni sevirdik, Reşford! Sənə uğurlar!", - klubun rəsmi sosial media hesabında yazıb.

 

İngilis futbolçunun "Barselona"da qalmaq üçün maaşını azalmasına hazır olduğu bildirilirdi. Lakin Kataloniya klubu onun satınalma bəndini aktivləşdirməkdən imtina edib. Reşford hazırda yeni mövsümə "Mançester Yunayted"də hazırlaşır. Ancaq onun başqa kluba keçəcəyi də istisna olunmur.

 

Qeyd edək ki, hücumçu ötən mövsüm "Barselona"da 49 oyun keçirib, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.