İtaliyalı hücumçu Mario Balotelli karyerasını A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, 34 yaşlı futbolçu "Cenoa" ilə danışıqlar aparır. Bu barədə "Republica" nəşri məlumat yayıb.
Forvardın son klubu Türkiyədə "Adana Demirspor" olub. O, daha əvvəl "İnter", "Mançester Siti", "Liverpul" kimi klublarda forma geyinib.