“Barselona” İspaniya La Liqasının 9-cu turunda “Real”a uduzub – 1:2.

Sport24.az xəbər verir ki, oyundan sonra Kataloniya təmsilçisinin azarkeşləri komandanın baş məşqçisi Ronald Kumana etirazını bildiriblər.

Bu barədə ispan jurnalist Albert Roce “tvitter” hesabında məlumat yayıb.

Kuman “Kamp Nou” stadionunu avtomobiliylə tərk edən zaman azarkeşlər onun yolunu kəsib və narazılıqlarını bildiriblər. Kuman hadisə yerini tərk edə bilib.

“Barselona” klubu Kumana qarşı edilən bu hərəkətin hörmətsizlik olduğunu bildirən bəyanat yayıb.