İngiltərə millisinin futbolçusu Cud Bellinqem Avropa çempionatlarının final mərhələsinin yeni rekordçusu olub. Sport24.az xəbər verir ki, Dortmund "Borussiya"sının yarımmüdafiəçisi buna AVRO-2020-nin final mərhələsinin ilk turunda Xorvatiya ilə matçda meydana çıxmaqla nail olub.

82-ci dəqiqədə kapitan Harri Keyni əvəzləyən Bellinqem 17 yaş 349 günlüyündə olaraq, Avropa çempionatında meydana çıxan ən gənc oyunçu kimi tarixə düşüb.İndiyədək ən yaxşı göstərici niderlandlı Yetro Villiamsa məxsus idi - 18 yaş 71 gün.

Qeyd edək ki, görüş İngiltərənin 1:0 hesablı qələbəsi ilə başa çatıb.