Madrid "Atletiko"su yarımmüdafiəçisi Markos Lorente ilə müqaviləni uzatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, 30 yaşlı ispaniyalı ilə yenilənmiş müqavilə 2030-cu ilin yayına kimi qüvvədə olacaq. Yay "transfer pəncərəsi" zamanı Lorente Səudiyyə Ərəbistanı klublarından birinin təklifini geri çevirib.
Qeyd edək ki, Lorente 2024/25 mövsümündə 49 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər idi. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 25 milyon avro qiymətləndirir.