"Arsenal" qış transfer dönəmində heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, "topçular" "RB Leypsiq"in forvardı Yann Diomandeni transfer etmək istəyir. Fil Dişi Sahilindən olan 19 yaşlı futbolçuya böyük tələbat olduğundan, keçid London klubuna 100 milyon avrodan baha başa gələ bilər. "Mançester Siti" və PSJ də futbolçu ilə maraqlanır. 

 

Qeyd edək ki, Diomande bu mövsüm Bundesliqada 14 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib. O, hazırda Afrika Millətlər Kubokunda oynayır və 1/8 finalda Burkina Faso ilə oyunda fərqlənib.