Türkiyə Birinci Liqa komandası olan "Eyüpspor"un baş məşqçisi Arda Turan Barselonada məhkəməyə verilib.

Sport24.az xəbər verir ki, bu barədə Ardanın Barselonada qaldığı evin sahibi İspaniya mətbuatına müsahibəsində bildirib. 

Ev sahibi bu addımı Türkiyəli ulduzun evə vurduğu ziyana görə atdığını açıqlayıb: "Hər yeri, hətta mebelin üstünü də siqaretlə yandırırdı. Bilirsiniz ki, belə xüsusi evdə nəyisə təmir etmək və ya əvəz etmək nə asan, nə də ucuzdur. Nəticədə evin təmiri üçün  24 min 500 avro xərclənib. Düzdür, o, ən yaxşı futbolçulardan biri idi. Ölkəsində əfsanələrdən sayılır. Lakin hər zaman qəzəbli idi. Buna görə də "Atletiko" da oynayarkən butsusunu hakimin üstünə atmışdı".

Qeyd edək ki, Arda Turan 2015-2018-ci illər arasında İspaniya təmsilçisi "Barselona"da çıxış etdiyi müddətdə kirayədə qaldığı villa tipli evə 230 min avro ziyan vurmaqda ittiham olunur.