"Napoli"nin baş məşqçisi Antonio Konte tezliklə klub prezidenti Aurelio De Laurentiis ilə görüşəcək. Sport24.az xəbər verir ki, bu barədə "Il Mattino" nəşri məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, Konte mövsümün sonunda komandadan ayrılmaq niyyətindədir. Konte rəhbərliyin qarşısına müəyyən şərtlər qoyub və güzəştə getmək fikrində deyil. 

 

Klub rəhbərliyi də öz növbəsində heyətdə radikal dəyişikliklər etməyi planlaşdırır. Bundan əlavə, De Laurentiis klubun cari mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanacağını və qrup mərhələsini keçəcəyini gözləyir.

 

Qeyd edək ki, Konte 2024-cü ildən "Napoli"nin "sükanı arxasındadır". Mövsümünün sonuna üç oyun qalmış "Napoli" 70 xalla turnir cədvəlində ikinci pillədə yer qərarlaşıb.