"Şalke 04" "Fiorentina"nın hücumçusu Edin Dzekoya bonuslarla müqavilə təklif edib. Sport24.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, müqavilədə 39 yaşlı hücumçunun performansına əsasən əlavə maaş bonusları almasına imkan verən bəndin yer alacaq.

 

Qeyd edək ki, alman klubunun baş məşqçisi Miron Musliç bosniyalı futbolçunun transferində şəxsən maraqlıdır. 

 

Xatırladaq ki, "Paris" klubu da təcrübəli hücumçu ilə maraqlanır. Dzeko bu mövsüm İtaliya klubunun heyətində bütün turnirlərdə 18 oyunda iştirak edib və 2 qol vurub. "Şalke" İkinci Bundesliqada 38 xalla turnir cədvəlində ilk pillədə qərarlaşıb.