Dortmund "Borussiya" yay "transfer pəncərəsi"ndə ciddi dəyişikliklərə hazırlaşır. Alman klubunda mümkün ayrılıqlar ilə əlaqədar diqqət mərkəzinə düşən əsas adlardan biri yarımmüdafiəçi Feliks Nmeçadır. Sport24.az xəbər verir ki, bu barədə "BILD" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Almaniya millisinin üzvü Premyer Liqada oynamaqda maraqlıdır. İngilis vətəndaşlığına da sahib olan 25 yaşlı oyunçu uzun illər "Mançester Siti"nin akademiyasında çıxış edib. "Mançester Yunayted" və "Çelsi"nin futbolçu ilə yaxından maraqlandığı bildirilir.

Qeyd edək ki, Nmeça bu mövsüm "Borussiya"nın heyətində 35 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.