10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar. Sport24.az xəbər verir ki, ugurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər.

 

Onlar bu gündən noyabrın 24-dək, məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.