Portuqaliyada MotoGP üzrə dünya çempionatı start götürüb. Sport24.az xəbər verir ki, tarixdə ilk dəfə keçirilən sprint yarışında azarkeşlər maraqlı mübarizənin şahidi olub.

Ötən mövsüm karyerasında ilk dəfə dünya çempionluğunu qazanan italiyalı motosikletçi Françesko Banyaya yeni mövsümə də uğurla başlayıb. "Dukati"nin üzvü 19 dəqiqə 52 saniyəlik göstərici ilə tarixdə ilk dəfə sprint yarışının qalibi olub. Onun komanda yoldaşı Xorxe Martin ikinci yeri tutub. İspaniyalı motosikletçi komanda yoldaşından 0,3 saniyə geridə qalıb. 6 qat dünya çempionu Mark Markes isə yarışı 3-cü sırada tamamlayıb. “Honda”nın əfsanəvi pilotu liderdən 1,5 saniyədən geriyə düşüb. Çempionatın favoritlərindən olan Aleş Esparqaro 6-cı, Fabio Kuartararo isə 10-cu yeri tutub.

Bazar günü Qran-pridə final mərhələsi keçiriləcək.