"Napoli"nin baş məşqçisi Antonio Konte bu yay "Yuventus"unun "sükanı arxasına" keçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

 

Mənbənin sözlərinə görə, "ağ-qaralar" hazırkı çalışdırıcısı, xorvatiyalı İqor Tudorla müqaviləni uzatmayacaq. Onun Turin klubu ilə sözləşməsi iyunda başa çatır.

 

 

Qeyd edək ki, "Yuventus" mövsümə Tiaqo Motta ilə başlasa da, martda onunla yolları ayırıb.