Taekvondo üzrə böyüklərdən ibarət milli komandamızın üzvləri İsveçrənin Sanqt-Qallen şəhərində keçirilən "Swiss Open" beynəlxalq turnirində uğurlu çıxış ediblər. Sport24.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.
Azərbaycan millisi ümumi hesabda I yerə layiq görülərək turnirin kubokuna sahib çıxıb.