4–6 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokio şəhərində fiqurlu konkisürmə üzrə "Kinoshita Cup" yarışı keçirilib. Sport24.az xəbər verir ki, turnirdə Fərdi Neytral İdmançılar (AIN) da daxil olmaqla 6 ölkədən beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş 11 idmançı mübarizə aparıb.
Azərbaycanı yarışda fiqurlu konkisürən Veronika Jilina təmsil edib.
İdmançımız 193 xal toplayaraq yekun sıralamada 6-cı yeri tutub.