Cənubi Koreya çempionatında XXVII turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Anton Krivotsyukun şərəfini qoruduğu "Daejeon" səfərdə

 

"Buçeon" kollektivinin qonağı olub. Qarşılaşma qonaqların 5:0 hesablı darmadağını ilə başa çatıb.

 

Cənubi Koreya K-Liqası

 

Buçeon – Daejeon 0:5

 

Qollar: Masatoşi İşida, 23, Dioqo Oliveyra, 38 (pen.), Jae-hi Jeonq, 48, 82, Jo Son-Kvon, 78

 

26 yaşlı müdafiəçimiz də bu böyükhesablı qələbənin iştirakçısı olub. Start heyətində meydana daxil olan Krivotsyuk son fitə qədər mübarizə aparıb.

 

Qeyd edək ki, bunəticədən sonra xallarının sayını 35-ə çatdıran "Daejeon" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.