Brahim Hemdani Əlcəzair millisinin yeni baş məşqçisi təyin olunub. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. 

 

48 yaşlı mütəxəssis buna qədər Əlcəzairin U-20 və U-21 yığmalarına rəhbərlik edib.

 

Hemdani futbolçu karyerası ərzində "Strasburq" və "Reyncers"in formasını geyinib. Fransada anadan olan Hemdani oyunçu kimi iki dəfə Əlcəzair millisinin heyətində meydana çıxıb. 

 

Qeyd edək ki, Hemdani DÇ-2026-dan sonra yığmadan ayrılan Vladimir Petkoviçin yerini tutub.