Xorvatiyalı futbolçu Luka Modriçin qızı Ema Modriç "Real"ın akademiyasına qoşulub. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" nəşri məlumat yayıb.

 

Ema daha əvvəl "Milan"ın U-13 komandasında çıxış edirdi.

 

Modriçin ailəsi Madridə köçüb və burada yaşayacaq. Ema isə "Real"ın akademiyasında futbolun sirrlərini öyrənəcək.

 

Luka Modriç hazırda "Milan"da forma geyinir. O, 2012-2025-ci illərdə "Real"da çıxış edib.