Türkiyə Super Liqasının dördüncü turunda keçirilən "Fənərbağça" - "Beşiktaş" derbisi zamanı faciəvi hadisə baş verib. Sport24.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində "Fənərbağça" azarkeşi Yaşar Gerçək tribunada infarkt keçirib.
Hadisə yerində ona tibbi yardım göstərilsə də, azarkeşin həyatını xilas etmək mümkün olmayıb.
Faciədən sonra hər iki klub başsağlığı mesajı yayıb. "Fənərbağça" Yaşar Gerçəyin vəfatından dərin kədər hissi keçirdiyini bildirərək onun ailəsinə, yaxınlarına və klub ictimaiyyətinə başsağlığı verib.
"Beşiktaş" da açıqlama yayaraq mərhumun ailəsinə, yaxınlarına və "Fənərbağça" camiəsinə başsağlığı diləyib.