PSJ-nin baş məşqçisi Luis Enrikenin yeni müqavilə çərçivəsində qazanacağı maaşla bağlı təfərrüatlar açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə "L'Équipe" qəzeti məlumat yayıb.
Sentyabrın 4-də Paris klubu ispaniyalı mütəxəssis arasında yeni anlaşma imalanıb. Yeni müqavilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulub.
Yeni sözləşməyə əsasən Enrikenin PSJ-dəki maaşı ildə 20 milyon avro olacaq. Əvvəl isə o, ildə 12 milyon avro qazanırdı.
Qreyd edək ki, Enrikenin rəhbərliyi altında PSJ ardıcıl iki il Çempionlar Liqasının qalibi olmaqla yanaşı, ümumilikdə 13 kubok qazanıb.