"Bavariya" müdafiəçi Saşa Boyunun satışını yekunlaşdırmaq üçün Səudiyyə Ərəbistanı klubları ilə danışıqlar aparır. Sport24.az xəbər verir ki, bu barədə "Bayern & Germany" məlumat yayıb.
Münhen klubu 25 yaşlı fransız müdafiəçini satmağa hazırdır. "Bavariya"nın idman direktoru Maks Eberl avqustda ayında "Bavariya"nın idman direktoru Maks Eberl yeni mövsümdə ona etimad göstərilməyəcəyini bildirmişdi.
Saşa Boy 2025/26 mövsümünün ikinci yarısını icarə əsasında "Qalatasaray"da keçirib.
Qeyd edək ki, fransız futbolçu "Bavariya"da olduğu müddətdə bütün turnirlərdə 38 oyunda iştirak edib, bir qol vurub və beş məhsuldar ötürmə edib.