Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 4-cü tur yekunlaşacaq. Sport24.az əbər verir ki, günün ilk qarşılaşması Tovuzda baş tutacaq.

 

"Turan Tovuz" "doğma divarlar" arasında "Sumqayıt"ı qəbul edir. "Boz qurdlar"ın ötən həftə səfədə "Kəpəz"ə məğlub olması, düşərgədə ab-havanı korlayıb. Artıq azarkeşlər Kurban Berdıyevin istefasını tələb edirlər. Həftə ərzində komanda ətrafında neqativ fikirlər dolanır. Tovuz təmsilçisi bu gün də məğlub olsa və ya xal itirsə, böyük ehtimalla Berdıyev yola salınacaq. "Sumqayıt" isə cari mövsümdə xal üzünə həsrət qalan yeganə kollektivdi.

 

Qeyd edək ki, qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 

Misli Premyer Liqası

I dövrə, IV tur

18:00. "Turan Tovuz" - "Sumqayıt" 1:1 (Birinci hissə)

Qollar: R. Vaskez, 9. ; J. Batista, 21.

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu 
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov 
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz. Şəhər stadionu. 

 

"Turan Tovuz": 35. Aleksey Kenyaykin 17. Rəhim Sadıxov 3. Enrike Silva 90. Jo Batista 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 33. Filip Damyanoviç 8. David Tavareş 11. Dioqo Balau

Ehtiyat oyunçular: 1. Oleq Baklov 13. Mehman Hacıyev 4. Rahil Məmmədov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 99. Sadiq Şəfiyev 5. Roderik Miller 21. Stiv Beusnar 23. Alexandro Serrano 77. Vadji İbrahima 25. Denis Marandiçi

Baş məşqçi: Kurban Berdiyev

 

"Sumqayıt": 22. Xəyal Fərzullayev 3. Höccət Haqverdi (k) 7. Rüstəm Əhmədzadə 17. Nihad Əhmədzadə 4. İsa Suliman 42. Sedrik Badolo 10. Ronaldo Vaskez 80. Keffel Resende 55. Lukas Blek 21. Tiaqo Almeyda 5. Renan Santana

Ehtiyat oyunçular: 12. Aftandil Arixov 34. Ülvi Abbaslı 29. Emil Mustafayev 75. Nadir Orucov 97. Vüsal Paşayev 9. Jeam Oliveyra 11. Aleksa Yankoviç

Baş məşqçi: Filipe Kandido