"Union Berlin"dən ayrılan Dioqo Leyte karyerasını İtaliya A Seriyasında davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

 

Portuqaliya millisinin üzvü "Latsio" ilə anlaşıb. 27 yaşlı mərkəz müdafiəçisi Roma klubu ilə 3+1 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Dioqo Leyte 2025/26 mövsümündə Almaniya Bundesliqasında 23 matçda meydana çıxıb.