Rumıniya Superliqasında 8-ci turun oyunları keçirilir. Sport24..az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi "Petrolul" doğma meydanda "Korvinul" komandasını qəbul edib.

 

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Cəlal Hüseynov qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayıb və 54-cü dəqiqədə meydana daxil olub.

 

6 sentyabr

 

"Petrolul" - "Korvinul" - 2:0

 

Qollar: B. Malula, 4, M. Tutu, 67

 

Qeyd edək ki, bu qələbə sayəsində xallarının sayını 15-ə çatdıran "Petrolul" turnir cədvəlində ikinci pillədə qərarlaşıb.