Kosova Superliqasında 4-cü turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Vüsal İsgəndərlinin formasını geyindiyi "Malişeva" doğma meydanda "Gjilani" komandasını qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.
Bu matç həmyerlimiz Vüsal İsgəndərlinin möhtəşəm performansı ilə yadda qalıb. Oyuna əsas heyətdə başlayan futbolçumuz het-trik edərək qələbənin memarı olub.
6 sentyabr
"Malişeva" - "Gjilani" - 3:1
Qollar: V.İsgəndərli, 10, 71, 75
Bu nəticədən sonra "Malişeva" 10 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.