Kanadanın idman naziri Paskal Sent-Onj bu günlərdə xoşagəlməz vəziyyətlə üzləşib. Sport24.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşərkən yerli siyasi fəal İv Enqeların “tikanlı” suallarına məruz qalıb.

Ona cavab tapmayan nazir salonu tərk etməyə məcbur olub. Aktivist onun arxasınca düşərək suallarını davam etdirib. Hətta nazirin köməkçilərindən biri onun kamerasını əli ilə bağlamaq istəyib.

Enqeların sualları bundan ibarət olub: “Xanım Sent-Onj, sizə sual vermək olar? Siz Rusiya və Belarus idmançılarını Olimpiadada görmək istəmədiyinizi söylədiniz. Elədirsə, ABŞ İraqa hücum edəndə ağlınızdan nə keçirdi? Bəs Əfqanıstana? Niyə cavab vermirsiniz? Mən ki sizə sadə sual verirəm. Doğrusunu deyin də. Yarım əsrdir ki, İsrail Fələstin torpaqlarını işğal atlndan saxlayır. Bəs onda İsrail idmançılarının taleyi necə olsun? Siz onları Olimpidada görmək istəyirsiniz? Niyə cavab vermirsiniz?”