“İndian-Uells Masters” turnirinin qalibi olmaqla yenidən ATP reytinqində ilk pilləyə yüksələn Karlos Alkarasın uğurlu çıxışı hamının heyrətinə səbəb olub. Sport24.az xəbər verir ki, 19 yaşlı ispaniyalı raketka ustasının qısa zaman kəsiyində bu uğura imza atması tennis dünyasında geniş müzakirələrə yol açıb. Təbii ki, sözün yaxşı mənasında.

Rusiyalı raketka sutası Daniil Medvedevin məşqçisi Jil Servara da mütəxəssis kimi Alkarasa qiymət verib: “Karlos tennisin Mayk Taysonudur. O, istənilən zərbəyə reaksiya verməyi bacarır. İndian-Uellsin finalında onun Medvedevə qarşı oyununa diqqət yetirmək kifayətdir. O, qüvvətli və sürətli zərbələri ilə rəqiblərinə heç bir şans vermir. Hər nə qədər onun səhv etməsini gözləsək də, bunu görmədik. Gələcəkdə onun zəif yerlərini müəyyənləşdirməyə çalışmalıyıq”.