Azərbaycan atletləri İstanbulda keçirilən 26-cı Balkan çempionatında iştirak ediblər. Sport24.az xəbər verir ki, üçtəkanla tullanma növündə Avropa çempionu Nazim Babayev qızıl medal qazanıb. Digər üçtəkanla tullanma növündə çıxış edən Yekaterina Sarıyeva isə bürünc medal sahibindən 3 sm geri qalaraq, 4-cü olub.

Rüstəm Məmmədovda bu növdə göstərdiyi nəticə ilə 6-cı pillədə qərarlaşıb. Uzunluğa tullanmada isə mübarizə aparan idmançımız Yelena Pextireva 7-ci olub.

Onu da bildirək ki, komandamız çempionatda məşqçi Ziyad Xəlfəyev və Vidadi Əlisgəndərovun rəhbərliyi ilə yarışıb.