Hazırda zədədən əziyyət çəkən “Böyük Dəbilqə” seriyalı turnirlərin 22 qat qalibi Rafael Nadalın sıraya dönəcəyi tarix məlum olub. Sport24.az xəbər verir ki, məşhur ispaniyalı tennisçi aprelin 9-da Monte-Karloda təşkil olunacaq ənənəvi “Masters” turnirində iştirak edəcək.

Yarışın təşkilat komitəsinin direktoru Devid Messi mətbuata açıqlamasında bunları söyləyib: “Rafa turnirdə iştirak etmək istəyən tennisçilər arasında hamıdan qabağa düşdü. O, sevdiyi turnirdə yenidən özünün sınamaq istəyir. Rafael bu günə qədər 11 dəfə Monte-Karloda çempionluq sevinci yaşayıb ki, bunun 8-i ardıcıl olub”.

Xatırladaq ki, Nadalla yanaşı Novak Cokoviç, Daniil Medvedev, Andrey Rublyov, Karlon Alkaras, Stefanos Tsitsipas və Kasper Ruud kimi reytinqli tennisçilər də bu turnirdə iştirak edəcək.