Azərbaycanda Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub. Sport24.az xəbər verir ki, Natiq Qasımov qurumun fəxri vitse-prezidenti seçilib.

O, paralimpiya hərəkatının inkişafında fəal xidmətləri qarşılığında təltif olunub.

Qeyd edək ki, Natiq Qasımov daha əvvəl MPK-nın I vitse-prezidenti və Uşaq Paralimpiya Komitəsinin idarə heyətinin sədri vəzifəsində çalışıb.