Rusiya hokkeyçilərinə qarşı heç bir təzyiq vasitəsinə əl atmayan və onları liqadan kənarlaşdırmayan MHL son vaxtlar əfsanəvi hokkeyçi Domenik Qaşek tərəfindən müntəzəm olaraq tənqid olunur. Sport24.az xəbər verir ki, Çexiya millisinin sabiq qapıçısı növbəti dəfə bu mövzuya qayıdıb: “İndi hokkey oynasaydım, belə fikirləri səsləndirərdimmi? MHL-də çıxış etsəydim, problem yaşamamaq üçün susardım. Çünki işsiz qalmaq sənin həyatına mənfi təsir göstərə bilər. Ona görə də MHL-i tənqid etməzdim. Heç rusiyalı komanda yoldaşıma da bir söz deməzdim. Amma bu o demək deyil ki, rusiyalı hokkeyçilərin mənimlə birgə MHL-də oynamasına razılaşardım. Liqa rəhbərliyini məhz ona görə qınayıram ki, o, Rusiyanın işğal siyasətinin dəstəklənməməsi üçün müəyyən qaydalar tətbiq etməlidir. Çexiya millisində oynasaydım, komanda yoldaşlarımla bir araya gəlib rusların oynadığı turnirdə iştirakdan imtina edərdik”.