Qadınlar arasında snuker üzrə ilk dünya çempionu Vera Selbi 93 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, İngiltərənin Yorkşir əyalətindən olan Selbi bilyard idmanının qadınlar arasında məşhurlaşmasında böyük rol oynayıb.

O, 2016-cı ildə idmanda xidmətlərinə görə Britaniya İmperiyası ordeni ilə mükafatlandırılıb. Selbi 1976-cıl ildə ilk dəfə qadınlar arasında dünya çempionu olub. O, 1981-ci ildə 51 yaşında uğurunu təkrarlayıb. Vera həmçinin 1978-78-ci illərdə ardıcıl 8 dəfə bilyard üzrə dünya çempionu olub. Əfsanəvi idmançı 1982-ci ildən BBC-də bilyard yarışlarını şərh edirdi.