Gənclər və idman naziri Fərid Qayıbov Qazaxıstanın paytaxtı Astanada səfərdə olub. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Səfər çərçivəsində nazir V Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edib, bəzi yarış məkanlarına baş çəkib. Nazir həmçinin V Dünya Köçəri Oyunları çərçivəsində fəaliyyətə başlayan etnoaulla tanış olub, aydarıspaq (at üstündə güləş), jambı atu (atüstü oxatma) və dəstürlü sadak atu (ənənəvi oxatma) yarışlarını, həmçinin Azərbaycan idmançılarının qazaq güləşi yarışlarında mübarizəsini izləyib.

 

Nazir Fərid Qayıbov həmçinin səfər çərçivəsində Dünya Etnosport Federasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyarev və Qazaxıstanın turizm və idman naziri Yerbol Mirzabosinov ilə ikitərəfli görüşlər keçirib.