Azərbaycanlı idmançı Toğrul İbrahimli Ukraynada faciəvi şəkildə ölüb. Sport24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

 

Gənc kempo-karate ustası yaşadığı evin pəncərəsindən yıxılaraq həyatını itirib.

 

Qeyd edək ki, Toğrul İbrahimli Azərbaycan Kempo Federasiyasının rəhbəri, üçqat dünya çempionu Rauf İbrahimovun oğludur.