Boks üzrə superağır çəkidə Tayson Fyuri ilə Aleksandr Usik arasında döyüşlə bağlı razılıq əldə olunsa da, konkret tarix hələ də müəyyənləşməyib. Sport24.az xəbər verir ki, ilkin olaraq görüşün aprelin 29-da Londonun “Uembli” stadionunda keçiriləcəyi gözlənilsə də, bu barədə rəsmi açıqlama yoxdu.

Fyurinin meneceri Frenk Uorren növbəti dəfə döyüşün keçiriləcəyini anons etsə də, tarixlə bağlı söz deyə bilməyib: “Bu döyüş baş tutacaq. Mən konkret tarixdən danışmaq istəmirəm, bu o qədər də önəmli deyil. Bu qədər. Döyüş keçiriləcək, vəssəlam! Anonsu nə vaxt verəcəyik? Nə deyim?! Yenə də deyirəm, əsas razılığın əldə olunmasıdır, tarix yox”.

Məsələ ondadır ki, Usikin komandası döyüşün aprelin 29-da baş tutacağı halda qonorarın 30 faizinə sahib çıxmağa razı olsa da, tarix dəyişsə 50 faiz tələb edəcək. Bunu Usikin meneceri Eqis Klimas söyləyib.