Azərbaycanın yeniyetmə taekvondoçuları Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçiriblər. Sport24.az xəbər verir ki, oktyabrın 12-dən 17-dək baş tutan hazırlıq prosesi yeniyetmələrdən milli komandanın baş məşqçisi İlkin Şahbazov və böyük məşqçi Ziya Qasımovun rəhbərliyi altında baş tutub.

 

Sentyabr ayında reallaşan ölkə birinciliyindən sonra milli komandanın üzvlərinə baxış keçirilib. Təlim-məşq toplanışı qarşıdakı Avropa birinciliyinə hazırlığın ilk mərhələsini təşkil edib.