Rüstəm Məmmədov Qazaxıstanın Almatı şəhərində keçirilən atletika yarışında uğurlu çıxış edib.
Sport24.az xəbər verir ki, təmsilçimiz XXXIII Qusman Kosanov Memorialında 3-cü yeri tutub.
Rüstəm üçtəkanla tullanmada 16,12 m nəticə göstərib. Bu atletimizə bürünc medal qazandırıb.