Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı keçirilir.

Sport24.az xəbər verir ki, 3-cü yarış günündə növbəti çəkilərdə qaliblər müəyyənləşir.

90 kq çəki dərəcəsində Tuncay Şamil ilkin mərhələdə litvalı Kiril Volkovu, ardınca 1/8 finalda italiyalı Kristiano Minçinezini üstələyib. O, 1/4 finalda serbiyalı Milyan Radulja məğlub olub. Şamil təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyevi yenərək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.