Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında 11 medal qazanıblar.

Sport24.az xəbər verir ki, təmsilçilərimiz Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən turnirdə bu uğura imza atıblar.

Millimiz Avropa çempionatının fərdi yarışlarında 3 qızıl və 8 bürünc medal əldə edib.

Qeyd edək ki, iyunun 6-9-da keçirilən çempionatda Azərbaycan cüdoçuları 8 yaş kateqoriyası üzrə 30 idmançı ilə təmsil olunub.