12 may 2022-ci il tarixində Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Gürcüstan Cüdo Federasiyasının vitse-prezidenti David Kevxişvilini qəbul edib. 

Sport24.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında cüdo idman növü üzrə əməkdaşlıq məsələləri müzakirə edilib, müxtəlif yaş qrupları üzrə milli yığmalarının birgə təlim-məşq toplanışlarının, birgə beynəlxalq və regional yarışların təşkil edilməsi barədə razılıq əldə edilib.

Cari ilin 13 aprel tarixində ACF-in prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyası tərəfindən yaradılan Yeni Texnologiyalar və Yüksək Məhsuldarlıq Komissiyasına sədr seçilib. David Kevxişvili isə komissiyanın direktoru təyin olunub. Görüş zamanı komissiyanın fəaliyyətinin təşkili məsələləri müzakirə edilərək bu istiqamətdə növbəti addımlar müəyyən edilib.