Azərbaycan yığması Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə"ni 1-ci pillədə başa vurub.

Sport24.az xəbər verir ki, 3 qızıl, 2 gümüş və 3 bürünc qazanan millimiz bütün rəqiblərini qabaqlayıb.

Komanda hesabında növbəti yerləri Fransa (1-3-0) və Kanada (1-1-1) cüdoçuları tutublar. Bakıda 23 ölkənin təmsilçiləri medal qazanıblar.

Qeyd edək ki, Bakı "Böyük Dəbilqə" yarışında Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) qızıl, Ömər Rəcəbli (81 kq) və Camal Qəmzətxanov (+100 kq) gümüş, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq) və Vüqar Talıbov (90 kq) isə bürünc medal qazanıblar.