Növbəti "transfer pəncərəsi"ndə "Arsenal"ın futbolçusu Noni Maduekenin komandadan ayrılması gündəmə gələ bilər. Sport24.az xəbər verir ki, bu barədə "CaughtOffside" məlumat yayıb.
Məlumata görə, "Atletiko" və "Yuventus" 24 yaşlı vingerin vəziyyətini yaxından izləyir. İngiltərə millisinin üzvü mövsüm Mikel Artetanın rəhbərliyi altında Premyer Liqada kifayət qədər oyun vaxtı qazana bilməyib. Hər iki klubun yanvarda Maduekeni icarəyə götürmək variantını nəzərdən keçirdiyi bildirilir. Razılaşmaya futbolçunun sonradan alınması ilə bağlı opsiyanın əlavə edilməsi də mümkündür.
"Atletiko" Maduekenin sürəti və hücumlara dinamika qatmaq xüsusiyyətlərini bəyənir. "Yuventus" isə onun rəqib müdafiəçilərini təkbətək epizodlarda keçmək bacarığını və sağ cinahda fərqli seçim yarada bilməsini yüksək qiymətləndirir.
Qeyd edək ki, Madueke bu mövsüm Çempionlar Liqasında "Napoli"yə qarşı 1:0 hesablı qələbədə 18 dəqiqə meydanda olub. Bu isə Artetanın hələ də onu komandanın planlarında saxladığını göstərir.