"Milan"ın sahibi Cerri Kardinale "Əl-Nəsr"lə tərəfdaşlıq qurmaq niyyətindədir. Sport24.az xəbər verir ki, bu barədə italyan jurnalist Canluici Lonqarini sosial media hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Səudiyyə Ərəsbistanı təmsilçisinin rəhbərliyi ilə artıq bu mövzuda müakirələr olub. "Tuluza" klubunun da daxil olduğu "RedBird" qrupu ilə əməkdaşlıq məsələsi gümdəmdədir.
Bu addım qrupun mövqeyini möhkəmləndirə və perspektivli Yaxın Şərq bazarında brendin tanınmasını artıra bilər. Bazar mövqeyinin gücləndirilməsi ilə yanaşı, tərəfdaşlıq peşəkar təcrübə mübadiləsini, birgə kommersiya təşəbbüslərinin həyata keçirilməsini və "RedBird"lə əlaqəli klublar arasında əməkdaşlığı asanlaşdıracaq.
Lonqari qeyd edib ki, bu məsələdə Xorxe Mendeş mühüm rol oynayır. Portuqaliyalı futbol agenti son aylarda transfer məsələləri ilə bağlı Kardinale ilə sıx əməkdaşlıq edib və Yaxın Şərqdə geniş əlaqələrə malikdir.