"Əl-Qarafa" klubu yarımmüdafiəçi İsmayıl Bennaserlə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə Qətər klubunun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı əlcəzairli futbolçunun əvvəlki komandası Zaqreb "Dinamo"su olub. Zaqreblilər futbolçunu "Milan"dan icarəyə götürüb. Futbolçu 2025/26 mövsümündə keçirdiyi 19 oyunda bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi həmçinin "Marsel"də də icarədə olub (12 oyunda iki məhsuldar ötürmə).
Qeyd edək ki, Bennaser karyerası ərzində "Empoli", "Tur" və "Arsenal" klublarında çıxış edib. O, Əlcəzair millisində meydana çıxdığı 56 oyunda 3 qol vurub.