"Hələlik yarışlara nə vaxt qatılacağımı bilmirəm, amma mütləq geri dönəcəm". Sport24.az xəbər verir ki, bunu Olimpiya çempionu Hidayət Heydərov deyib.

 

Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi Abu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində Beynəlxalq Cüdo Federasiyasına (İJF) müsahibə verib: "Aylarla davam edən məşqlər və yarışlardan sonra bərpa keçmək lazımdır. 2024-cü ildə baş verənləri arxada qoymaq lazımdır. Küçəyə çıxa bilmirəm, məni hamı tanıyır. Nəticədə şəkil çəkdirmək və imza almaq istəyirlər. Bu çox həyəcan verir, amma öhdəsindən gəlmək də çətindir. Sözsüz ki, bu, məni sevindirir. Ətrafımda yaxşı insanlar var. Federasiya və Elnur Məmmədlidən böyük dəstək alıram".

 

Qeyd edək ki, Hidayət 2024-cü ildə Olimpiya çempionu titulu ilə yanaşı dünya və Avropa çempionatlarının qalibi olub.