Düşənbədə gənclər arasında cüdo üzrə dünya çempionatının 3-cü yarış günündə təmsilçimiz Süleyman Şükürov uğurlu nəticə qazanıb. Sport24.az xəbər verir ki, idmançı bürünc medala yiyələnib.

 

Süleyman Şükürov ilk qarşılaşmasında Mixaylo Siminə (Serbiya) qalib gəlib. O, Senq-Min Kimi (Koreya) üstələyib və 1/4 finala vəsiq.ə qazanıb

 

İdmançımız bu mərhələdə Coşua De Lanqı (Niderland) üstələyib. Cüdoçumuz bürünc medal uğrunda tacikistanlı Muhammad Yusufzoda ilə mübarizə aparıb. Görüş həmyerlimizin qələbəsi ilə yekunlaşıb.

 

Bu, Azərbaycanın yarışdakı ilk medalıdır.